16 May 2014 14:55
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti, Dövlət Musiqili Teatrın aktyoru Afaq Bəşirqızı ürəyindəki cərrahi əməliyyatından sonra səhnəyə dönür.

Bunu AzNews.az-a açıqlamasında teatrın bədii hissəsinin rəhbəri Elxan Ocaqov deyib.

Onun sözlərinə görə, A. Bəşirqızı səhnəyə Emin Sabitoğlunun “Bankir adaxlı” tamaşası ilə çıxacaq: “Afaq xanım hazırda yeni tamaşa üzərində işləyir. Mərhum sənətkarımız Hacıbaba Bağırovdan sonra bu tamaşa oynanılmırdı. Afaq xanım isə tamaşanı repertuara qaytardı. O, bu tamaşada həm aktyor, həm də rejissordur. Əsər yeni quruluşda hazırlanıb”.

Qeyd edək ki, A.Bəşirqızı bu tamaşada əməkdar artist Çingiz Əhmədovla tərəf müqabili olacaq.


Müəllif: