10 Mart 2015 19:58
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da Qax Dövlət Kukla Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, kollektivin və teatrsevərlərin iştirak etdiyi tədbirdə teatrın direktoru Nazim Mahmudov bu sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışıb. Bildirilib ki, rayon mədəniyyət evinin nəzdində 1973-cü ildən dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb. Hazırda teatrda Osman Abdullayevin “Vəfalı dostlar” əsəri üzərində məşqlər davam edir. Yaradıcı kollektiv, eyni zamanda, Novruz şənlikləri ilə əlaqədar məktəblilər üçün xüsusi tamaşa da hazırlayır. Tamaşa yaz tətili günlərində təqdim olunacaq.


Müəllif: