12 Mart 2015 12:26

IV "Muğam aləmi" Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Flarmoniyasının kamera və orqan musiqisi zalında vokal ifaçısı Ramil Qasımovun konserti keçiriləcək.

Martın 17-nə nəzərdə tutulan konsertdə vokalçını Azərbaycan Bəstəkarlar İttifaqının "Baku Simfonietta" orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Beynəlxalq müsabiqələr laureatı Cavad Tağı-zadədir. Gecədə Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov xalq mahnılarını gənc bəstəkar Elvin Quliyevin işləməsində, yeni aranjemanda ifa edəcək.

Konsertdə, həmçinin Əməkdar artist Aygün Zeynalova da iştirak edəcək.

Nərmin


Müəllif: