15 Mart 2015 17:38
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 14-də Heydər Əliyev adına Sarayda Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertdə diqqət çəkən məqamlardan biri Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək, pianonun üstünə sərməsi olub. Bu jest tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Teleqraf.com AZƏRTAC-a istinadən bildirir ki, "Sarı gəlin” adlanan konsert “KEvents group”un təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan əsilli ifaçı konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla, 19 mahnı ifa edib. Onu müşayət edənlər əsasən yerli musiqçilər olub.

Tamaşaçıların istəyi ilə Sami Yusuf konsert proqramından əlavə bir neçə mahnı da ifa edib. Konsertdə “Natiq” ritm qrupunun da çıxışı olub.

Qeyd edək ki, martın 15-də də Sami Yusufin eyni konsert proqramı ilə çıxışı gözlənilir.

Xatırladaq ki, ifaçının Bakıda ilk konserti 2006-cı ildə keçirilib.


Müəllif: