23 Mart 2015 20:28

Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin Azərbaycan təmsilçisinin çıxış nömrəsi bəlli olub.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi Elnur Hüseynov 11-ci nömrə altında ikinci yarımfinalda çıxış edəcək.

Azərbaycanın çıxış edəcəyi yarımfınalda ardıcıllıq bu cürdür: 1. Litva, 2. İrlandiya, 3. San-Marino, 4.Çernoqoriya, 5. Malta, 6. Norveç, 7. Portuqlaiya, 8. Çexiya, 9. İsrail, 10. Latviya. 12. İslandiya, 13. İsveç, 14. İsveçrə, 15. Kipr, 16. Sloveniya, 17. Polşa.

Qeyd edək ki, Elnur Hüseynov müsabiqədə "Hour of the wolf" mahnısını ifa edəcək. "Eurovision-2015" mahnı müsabiqəsi 19, 21 və 23 may tarixlərində keçiriləcək.


Müəllif: