23 Mart 2015 17:51

İçərişəhərdə keçirilən Novruz Bayramı festivalı bu gün də davam edib.

Teleqraf.com-un məlumatına görə, festivalda Azərbaycanla yanaşı yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak ediblər.

Martın 20-dən başlayan festival çərçivəsində Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçirilib.

İçərişəhərdə təşkil olunan “Meydan bazarı”ında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirib. Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səsləndirilib.

Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-23-də Qoşa Qala Qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərir.

Qeyd edək ki, bu gün hava yağışlı keçsə də, insanlar konsert festival izləməyə gəlib. Festivaldan çəkilən fotoları və videonu təqdim edirik:


Müəllif: