19 May 2014 15:43
578

Yunanıstanın fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni açılmış Mərkəzi Kitabxanasında qonaq olub. Kitabxananın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada yunan elm və ədəbiyyatının virtual sərgisinin, həmçinin mədəniyyət ocaqlarına virtual səfərin təşkilinə dair təkliflər irəli sürüb.

Cənab Tsounqas gələcəkdə hər iki ölkənin səfirlikləri və İRM ilə əməkdaşlıq əlaqələrini qurmağı yüksək qiymətləndirib, növbəti görüşlərdə Mərkəzi Kitabxanada yunan mifologiyası mövzusunda mühazirə ilə çıxış etmək niyyətini bildirib.


Görüşdən məmnun qalan səfir münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıb. Qonaq Hüseyn Cavidin yunan dilinə tərcümə olunmuş “Şeyda” pyesinin broşürünü, yunan elm və mədəniyyəti, eləcə də dünya ədəbiyyatına dair ingilis dilində kitabları Mərkəzi Kitabxanaya hədiyyə edib.

NİGAR


Müəllif: