17 Aprel 2014 12:18
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oda Teatrı bu həftə sonuna olan repertuarını elan edib. Belə ki, teatr aprelin 19-u saat 19:00-da Suicide (İntihar) tamaşasını nümayiş etdirəcək.

Aprelin 20-si isə teatr tamaşaçılarının qarşısına iki tamaşa ilə çıxacaq. Saat 16:00-da “Arzular Bağı” tamaşasını, 19:00-da isə Suicide (İntihar) tamaşasını nümayiş etdirəcəklər. Tamaşanın biletlərinin qiyməti 5 manatdır.

Qeyd edək ki, Suicide (İntihar) tamaşası Peter Turrininin “axır ki, qurtardı” əsəri əsasında hazırlanıb. “Arzular Bağı” tamaşasının müəllifi isə Pərviz Bəşərdüstdür.

Hər iki tamaşanın rejissoru isə İmam Həsənovdur. Tamaşalardakı rolları əməkdar artist İlqar Cahangir, aktyorlar Rauf Şahsuvarov və Elmin Bədəlov ifa edəcək.


Müəllif: