21 May 2014 11:50
1 579

May ayının 20-də Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” dramı əsasında rejissor Mehriban Ələkbərzadənin hazırladığı tamaşanın premyerası olub.

Teleqraf.com- un xəbərinə görə, tamaşa türk dünyasının böyük sərkərdəsi Əmir Teymurun həyatına həsr olunub. Tamaşa Əmir Teymur rolunda Xalq artisti Nurəddin Mehdixanlı çıxış edib.

Səhnə əsərinin digər rollarında xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sabutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış ediblər.

Tamaşanın bəstəkarı Aygün Səmədzadədir. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Məlumat üçün bildirək ki, Hüseyn Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap edilib. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nərmin


Müəllif: