17 Aprel 2014 13:32

Gürcüstanda həmyerlimiz şair Rəşid Faxralının gürcü dilində nəşr olunmuş "Şexvedra" ("Görüş") şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Gürcüstan Yazıçılar Evində baş tutan görüşü giriş sözü ilə məşhur gürcü şairi Geno Kalandiya açıb. O, Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi, indiki durumu, tərcümə sahəsində əməkdaşlıq barəsində ətraflı danışıb.

Daha sonra məşhur tərcüməçi Zezva Medulaşvili,türkoloq Elizbar Cavelidze yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu,akademik Bondo Arveladze, şairlərdən Quri Otobaya, Dato Şemokmedebeli, gənc tərcüməçi Oktay Kazımov çıxış ediblər.


Müəllif: