21 May 2014 13:02
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-də Azərbaycanda “Şairlər günü” qeyd olunacaq.

Tədbir Türkiyə Böyükelçiliyi Kültür və Tanıtım Müşavirliyinin dəstəyi ilə Muğam Mərkəzində keçiriləcək. “Şairlər günü”nün ideya müəllifi və təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzadır.

Qeyd edək ki, “Şairlər günü” ilk dəfə 2010-cu ildə Mikayıl Müşfiqin anadan olmasının 106 illiyi ilə əlaqədar təsis edilib. Builki tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.


Müəllif: