21 May 2014 18:52
1 433

Akademik Milli Dram Teatrı Beynəlxalq Monotamaşalar Festivalına yollanır.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-an verilən məlumata görə, kollektiv Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək. 25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda teatrımız Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttardır.

Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur. 48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Komplekslərlə böyüyən 50 yaşlı birisi anası öldükdən sonra xatirələrlə yaşayır, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyir.

Nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir. Rejissor tamaşada önə çəkdiyi ideyanı belə izah edib:

“Cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir. Komplekslərlə, bivec, mərhəmətsiz böyüdülən insan gələcəkdə cəmiyyətdən təcrid, lüzumsuz, gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insanlardır”.

Nərmin


Müəllif: