3 İyul 2015 14:59
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuğ” Dövlət Teatrında yeni tamaşanın premyerası olacaq.

Teleqraf.com xəbər verir ki, gənc rejissor Günay Səttarovanın quruluşunda türk yazıçısı Turqay Narın “Zibillik” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yaxın günlərdə teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşa sosial-mənəvi problemlər burulğanına düşən insanların faciəsindən bəhs edir.

Tamaşada rolları Amid Qasımov, Oqtay Mehdiyev, Rasim Cəfərov, Təranə Atacan, Zümrüd Qasımova və Vüqar Hacıyev oynayır.

Nərmin


Müəllif: