4 İyul 2015 10:47
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə bu il 49-cu dəfə keçirilən Montrö Caz Festivalı başlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, festivalın ilk günündə Con Legend və Emeli Sande səhnəyə çıxıb.

2 həftə davam edəcək festival çərçivəsində yüzdən artıq musiqiçi dinləyicilərin qarşısına çıxacaq. Soul, blyuz və rok musiqinin önəmli ifaçıları arasında yer alan Toni Bennet, Lionel Riçye, Cekson Braun və Ledi Qaqa konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, biletlərin qiymətləri 69 və 390 AZN arasında dəyişir. Festival iyulun 18-də başa çatacaq.


Müəllif: