10 İyul 2015 14:46
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada şirkətlərdən biri məşhur müğənni Beyonsun vücudundan ilham alaraq, göydələn inşa edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sinqapurlu milyarderin sahibi olduğu “Fragrance Group” şirkəti bu layihəni Avstraliyanın Melburn şəhərində gerçəkləşdirmək niyyətindədir. Müğənni artıq 68 mərtəbəli göydələnin tikinti planına razılıq verib.

Yayılan xəbərlərə görə, “Premier Tower” adlı göydələnin dizaynında Beyonsun "Ghost" adlı klipindəki görüntüsündən istifadə edilib. 660 mənzildən ibarət olan otelin hündürlüyü təxminən 226 metr olacaq və bina Beyonsun bədənini xatırladacaq.

Göydələnin tikintisinin başa çatacağı tarix hələ açıqlanmayıb.

Samir


Müəllif: