21 İyul 2015 09:06
355

Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək.

Teleqraf.com-un məlumatına görə, Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək. Mərkəzdən bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.

Xatırladaq ki, ötən il qurum tərəfindən "Azərbaycan milli geyimləri rəssamların gözü ilə" mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.

Rüstəm


Müəllif: