28 İyul 2015 20:13

Cari ilin 25-31 oktyabr tarixlərində görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

Yubiley tədbiri Prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək.

Tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Müəllif:
Загрузка...