31 İyul 2015 14:25

“Qırmızı bağ” bədii filminin istehsalı yekunlaşmaq üzrədir.

“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, montaj-səsləndirmə dövründə film üzərində azərbaycanlı və rusiyalı kino mütəxəssislərindən ibarət heyət çalışır. Filmin səsləndirilməsi “Azərbaycanfilm” kinostudiyasında həyata keçirilir. Post-prodakşn Sankt-Peterburqda “Cinemix” studiyasında tamamlanacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, bəstəkarı Salman Qəmbərovdur. Baş rollarda Maksud Məmmədov (Abbas), Gülzar Qurbanova (Vəfa), Taleh Bədiyev (Orxan) oynayır.

Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir.

Nərmin


Müəllif:
Загрузка...