1 İyun 2014 19:45
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Nuri Bilgə Ceylanın “Qızıl Palma” mükafatı qazanan "Qış yuxusu" filminin bəyaz pərdəyə çıxacağı tarix məlum olub.


Teleqraf.comxəbər verir ki, rejissor Nuri Bilgə Ceylanın 67-ci Kann Film Festivalından Qızıl Palma ilə qayıdan "Qış Yuxusu" filmi iyunun 13-də Türkiyədə nümayişə girəcək. Bu haqda filmin prodüseri, “Zeyno Film”in qurucusu Zeynəb Özbatur Ataxan öz Tvitter və İnstagram profilində bildirib.


Aydın və ailəsinin hekayəsi


3 saat 16 dəqiqə diqqət çəkən və baş rollarını Haluk Bilginər, Melisa Sözən və Dəmət Akbağın paylaşdığı "Qış yuxusu" aktyorluğu buraxdıqdan sonra Orta Anadoluda kiçik bir otel işlətməyə başlayan Aydının və ailəsinin həyat hekayəsindən bəhs edir.


Qeyd edək ki, bundan əvvəl “Qızıl Palma”nı 1982-ci ildə "Yol" filmiylə rejissor Yılmaz Güney qazanmışdı. Nuri Bilgə Ceylan isə bu mükafatı Türkiyəyə gətirən ikinci rejissordur. /axar/


Müəllif: