2 İyun 2014 11:03
414

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Abbas Səhhətin “Vətən” adlı uşaq şeirlər kitabı işıq üzü görüb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə layihəsi olan və nəfis tərtibatla çapdan çıxmış kitab Abbas Səhhətin anadan olmasının 140 illiyinə ithaf olunub. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı 38 uşaq şeiri və Maksim Qorkidən etdiyi maraqlı bir tərcümə daxil edilib.

Şeirlərdə olan bəzi sözlərin uşaqlar tərəfindən başa düşülməsi üçün onların izahları da verilib. Kitabın tərtibçisi və ön sözün müəllifi şair, SAMF-ın sədri Musa Yaqub, məsul redaktoru Fuad Babayev, rəssamı Nərmin Xankişiyevadır.

“Vətən” kitabı kiçik və orta yaşlı məktəblilər üçün nəzərdə tutulub.

BƏXTİYAR


Müəllif: