6 İyun 2014 14:42
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə “İran Məşrutə İnqilabı: güclər və məqsədlər (1906-1911)” kitabı işıq üzü görüb.

Kitab Qacarlar xanədanının səlahiyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxarmış İran Məşrutə (Konstitusiya) İnqilabının banisi, milli sərdar Səttarxan Qaradağinin vəfatının yüzüncü ildönümü ilə əlaqədar buraxılıb.

Bijən Cəzaninin yazdığı və “Qaynaq yayınları”nın nəşr etdiyi 328 səhifəlik, üç bölmədən ibarət kitabda 1906-1911-ci illərdə Arazın o tayında baş vermiş hadisələr araşdırılır.

Əsəri fars dilindən türkcəyə hazırda Türkiyədə yaşayan, əslən Güney Azərbaycandan olan yazarlar Ramin Cabbarlı və Türkan Urmulu tərcümə ediblər./apa/


Müəllif: