9 İyun 2014 11:31

Məşhur müğənni və bəstəkar Emin Ağalarov milli top onluqda ilk pilləyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarovun kilipi Azərbaycan telemekanında ilk dəfə çoxsaylı tamaşaçı rəyinə görə “Lider” televiziyasında yayımlanan “Bu saat” verilişinin top onluğunda birinci pillədə yer alıb.

Onu da qeyd edək ki, Eminin klipləri bu günə qədər Azərbaycan telekanallarında heç bir milli onluqlarda yer almayıb.

Məlumat üçün bildirək ki, “Bu saat” verilişin layihə rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.

Aytən Həsənova


Müəllif:
Загрузка...