9 İyun 2014 16:37
8 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissor Elvin Abdullayevin yeni filmi erotik kadrların çoxluğu ilə yadda qalıb.

Bu barədə Teleqraf.com-a açıqlama verən rejissor “Santa Mariya gəmisi” adlı yeni filmini 18 yaşından yuxarı gənclər üçün çəkdiyini bildirib:

“Filmdə baş verən hadisələr gənclərin siqaretə meyllənməsi və onun acı nəticəsini nümayiş olunub. Film real hadisələr əsasında lentə alınıb”.

Filmdə açıq saçıq səhnələrin yer almasına isə rejissor belə münasibət bildirib: “Düşünürəm ki, filmdə erotik kadrlar məqsədə uyğun və estetik baxımdan diqqətli işlədildiyinə görə tamaşaçılarda ifrat hissi yaratmayacaq və insanlar bu filmi normal qarşılayacaqlar”.

Gənc rejissor çəkiliş zamanı bir sıra problemlərlə da qarşılaşdığını deyib:

“Çəkiliş zamanı bir sıra problemlərlə qarşılaşdıq ki, bu da normal haldır. Filmi büdcəsiz ərsəyə gətirmək istəsək də elə bir şərait yarandı ki, söz verib sözünün üstündə durmayan insanlara görə əlavə xərclərimiz çıxdı. Hər yerdə bizi tələsdirirdilər deyə işimizi cəld görməyə çalışırdıq. Fürsətdən istifadə edib, filmdə əziyyət çəkən bütün komandaya həm kameranın önündə, həm kameranın arxasında əziyyət çəkənlərə təşəkkürümü bildirirəm”.

Erotik səhnələrin də yer aldığı filmin ssenarisi də rejissorun özünə aiddir. Filmdə- Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva rol alıb. Film kollektivin büdcəsi hesabına çəkilib.

Qeyd edək ki, “Santa Mariya” filmi II “No Smoking Film Festivalı”nda iştirak edəcək.

Pərvin

Teleqraf.com filmi təqdim edir:


Müəllif: