9 İyun 2014 18:31
1 094

Xanəndə Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.

İfaçı Teleqraf.com saytına açıqlamasında bildirib ki, anası Süsən xanım iyunun 9-a keçən gecə saat 1 radələrində vəfat edib:

“Müğənni Humay Qədimovanın anasının yas mərasimində idim. Mənə zəng edib dedilər ki, anam vəfat edib. Şox pisəm. Allah bütün ölənlərə rəhmət eləsin”.

Xatırladaq ki, xanəndənin 78 yaşlı anası Süsən uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Mərhum doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Aytən Həsənova


Müəllif: