12 İyun 2014 15:51
2 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kösem Sultanı Məryəm Uzerli oynayacaq?

Star TV-nin reytinq rekordu qıran “Möhtəşəm Yüz il” serialının final bölümünün sonunda gələcək sezon TİMS Prodakşn tərəfindən istehsal olunan “Kösem Sultan” adlı yeni serialının tizeri yayımlanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni serialın rejissorları Yağmur-Durul Taylan qardaşlarıdır. Xatırladaq ki, ikili “Möhtəşəm Yüz il”in ilk mövsümündə yayımlanan seriyalarına quruluş veriblər.

Bir müddət öncə mətbuatda Kösem Sultan rolunu “Möhtəşəm Yüz il”dən qalmaqallı şəkildə ayrılan Məryəm Uzerlinin canlandıracağı xəbəri yayılsa da, nə istehsalçı şirkət, nə də aktrisanın özü bu barədə açıqlama verməyib.

Qısaca olaraq qeyd edək ki, Kösem Valide Sultan Osmanlı dövlətinin idarə olunmasında mühüm rol oynamış və tarixin güclü qadınlarından biridir. O Osmanlı padşahı I Əhmədin həyat yoldaşı, padşah IV Murad və I İbrahiminin anasıdır.

Pərvin


Müəllif: