12 İyun 2014 17:39
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təyyarəyə minib Türkiyəyə gedəcəm”

Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova artıq üç gündür ki, Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Orada aktrisanın bədəninə qan köçürülür.

Bu barədə Teleqraf.com-a danışan aktrisa vəziyyətinin çox ağır olduğunu bildirib:

“Neçə gündür ki, burdayam. Məni bura Təcili Tibbi Yardım maşını ilə gətirdilər. İndi mənə qan köçürülür. Görək, axırı necə olacaq”. Həkimlərin hazırkı vəziyyəti ilə bağlı dəqiq və qəti söz demədiyini bildirən aktrisa kəskin ağrılar hiss edir:

“Analizlərimin cavabı gələn həftə bilinəcək. Ondan sonra həkimlər bir söz deyəcəklər. Yeriyə bilmirəm. Sümüklərim əridiyinə görə çox pis ağrı verir. Üstəlik qanımı yeyir. Qanım düzəlsə, ayağa qalxa bilsəm təyyarəyə minib Türkiyəyə gedəcəm”.

Qeyd edək ki, Xanım Qafarova neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. İstanbuldakı Fatih Üniversitesi Tıp Fakültesi Hastanesində müayinə olunub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə müalicəsi
Sante Onkoloji Mərkəzdə aparılıb.

Nərmin


Müəllif: