14 İyun 2014 18:45
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda jurnalistlərə açıqlamasında maraqlı məqamlara toxunub.

O bildirib ki, bütün dünyada kino yayımı hazırda yalnız biznes marağı daşıyır: "Planlarımız var. Dövlət tərəfindən maliyyələşdirilən iki kinoteatrın tikilməsi nəzərdə tutulur. Kiçik zalları olan kinoteatlar olacaq ki, bu da tamaşaçılar üçün daha əlverişlidir.

Dövlət kinoteatrlarının yenidən təşkili və sayının artırılması ilə bağlı bir sıra işlər həyata keçiriləcək. Ancaq kino yayımı dövlətin deyil, prodüserlərin və yayım şirkətlərinin hüquqlarına daxildir. Onlar bu hüququ kino istehsalçılarından alaraq, yayırlar və gəlir əldə edirlər. Unutmaq lazım deyil ki, Azərbaycanda kino istehsal olunur, bu kinoların çəkilişini və yayımını biz təmin edirik.

"Azərbaycan" kinoteatrında bir zalı xüsusi olaraq Azərbaycan kinolarının təqdimatı üçün ayırmışıq. Mədəniyyət mərkəzləri tikdiyimiz rayonlarda öz filmlərimizin yayımı üçün yeni avadanlıqlar quraşdırmışıq. Bu mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin təqdimatını artıq həyata keçirməyə başlamışıq". Bəli, artıq uzun müddətdir ki, Nizami Kino Mərkəzində yerli filmlər nümayiş olunur. Amma necə? Bu nümayişlərə gələnlərin sayı az və bəlkə də, bəzi filmlərə ümumiyyətlə heç kim gəlmir. Nazir isə dəfələrlə çıxışında Azərbaycana kommersiya, yəni kütləvi tamaşaçılara ünvanlanmış filmlərin gərək olduğunu bildirib. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov kommersiya filmlərinin çəkilməsinin hər zaman gündəmdə olduğunu bildirib. O həmçinin bildirib ki, özəl prodüser mərkəzləri bu işdə maraqlı olmalıdırlar. Bəs görəsən, biz kommersiya filmləri çəkməyə hazırıqmı?

"O sistem mövcud deyil"

Rejissor Şamil Nəcəfzadə hesab edir ki, belə filmləri çəkmək üçün baza olmalıdır: "Bütün dünyada müxtəlif janrlı, müxtəlif istiqamətdə, həm kommersiya, həm də müəllif filmləri çəkilir. Çünki zövqlər müxtəlifdir. Amma kinoda janrların sayı Azərbaycanda çəkilən filmlərin sayından daha çoxdur. Bizdə bəzi sistemlər tam qurulmadığına görə sizin sualınıza cavab verə bilmirəm. Əgər Azərbaycanda kinoprokat sistemi bərpa olunsa, televiziya kanalları çəkilən filmlərə pul verib alsa, o filmlər DVD, daha sonra internet vasitəsilə satılsa, yəni bu sistem qurulsa, çəkilən filmlərin hansı keyfiyyətdə olması barədə danışa bilərik. Hələ bizdə bu sistem mövcud deyil . Çəkilən filmlər iki nüsxədə çap olunur və Film Fondunun rəflərində yatıb qalır".

Rejissor Şeyx Əbdül Mahmudbəyov kommersiya filmlərinin yaranma səbəblərinin o sahədə çoxlu pulların olması ilə əlaqələndirir: "Azərbaycan reallığında ala-babat kommersiya çəkmək olur, amma böyük kommersiya filmlərdən söhbət gedə bilməz".

"Bizə ulduzlar lazımdır"

Peşəkar Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev deyir ki, dövlət hesabına çəkilən filmlərin içərisində həm müəllif, həm də kommersiya filmləri var. Son illər kinoya özəl maliyyə tapmaq, demək olar ki, çox çətindir. Özəl maliyyə ilə çəkilənlərin də əksəriyyəti kommersiya xarakterlidir. Prokat sistemi qurulmadığına görə kommersiya filmlərinin sayı da azdır. Amma mənə elə gəlir ki, bizim gələcək istiqamətimiz bu olmalıdır. Yaradıcılıq olmasa, kommersiya da ola bilməz. Müəllif filmləri olmasa, kommersiya da inkişaf edə bilməz. Hazırda çəkilən kommersiya filmlərinin hüquqi baxımdan gildiyada qeydiyyata düşməsi isə vacib deyil". "Kinematoqrafiya haqqında" AR Qanununa görə, Azərbaycanda istehsal olunmuş filmlərin

Prodüser Nadir Əliyev hesab edir ki, Azərbaycan peşəkar kommersiya filmləri çəkməyə hazır deyil. Çünki o filmləri çəkmək üçün böyük pullar, böyük ulduzlar lazımdır.

Nərmin


Müəllif: