15 İyun 2014 22:22
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Alim Qasımov Ağsuda konsert verir.

15 iyun Qurtuluş Günü münasibətilə təşkil olunan konsert Ağsu Mədəniyyət Evində təşkil olunub.

Konsertdə Alim Qasımovla birgə qızı Fərqanə Qasımova da çıxış edir.

Saat 20:00-da başlayan konsertdə Bakıdan gəlmiş qonaqlar da iştirak edir.

Alim Qasımova açıq havada konsert vermək təklif olunsa da, o, səs effektinə görə, qapalı məkanı – Ağsu Mədəniyyət Evini seçib.


Qeyd edək ki, xalq artisti artıq uzun müddətdir ki, səs effektlərinə görə, açıq havada konsert vermir./Axar.az/


Müəllif: