6 Aprel 2016 13:41
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmi xarici ölkələrdə militarist film kimi qəbul olundu. Ona görə çəkdiyim “Yarımçıq xatirələr”də Qarabağ mövzusunu daha çox əcnəbi ölkələrdə təbliğ etməyi qarşımıza məqsəd qoyduq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında son illər Qarabağ mövzusunda üç film (“Qarabağdır Azərbaycan”, “Dolu”, “Yarımçıq xatirələr”) çəkən kinorejissor Elxan Cəfərov deyib.

Rejissorun sözlərinə görə, kinematoqrafiyamızda Qarabağ mövzusunda çəkilən filmlərin dünyaya çıxışı heç də asan deyil: “Mən “Dolu” filmini çəkəndən sonra Azərbaycanın bir çox ərazilərində yayımlandı, xüsusilə gənclər tərəfindən çox sevildi. Amma filmi xarici ölkələrə çıxaranda qeyri- azərbaycanlılar tərəfindən militarist film kimi qəbul olundu.

Azərbaycanlılar başkəsən, yazıq ermənilərin üstünə topla-tüfənglə gedən insanlar kimi xarakterizə olunmağa başladı. Guya bizim yeganə amalımız, istəyimiz ermənini öldürməkdir. Əlbəttə, elə deyil.

Biz müharibə də istəmirdik. Müharibəni birinci biz başlamamışıq. Biz sadəcə torpaqlarımızı qorumuşuq. Bu mənada “Dolu”dakı mesajımızı, mövqeyimizi ancaq azərbaycanlılar başa düşdü.

Amma “Yarımçıq xatirələr”lə Qarabağ problemini daha geniş auditoriyaya çatdırmağım qarşımıza məqsəd qoyduq. Film eyni zamanda gəncləri vətəni sevməyək, qorumağa, onun gələcəyi haqda düşünməyə səsləyir.

Sadəcə əldə silahla buna nail olmaq mümkün deyil. Bu xalqın gələcəyi mütləq tərəqqidir. Tərəqqi isə sağlam fikir deməkdir”.

Nərmin


Müəllif: