7 Aprel 2016 18:49
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatr Amerikanın mədəni təşkilatı ilə birgə layihə həyata keçirəcək. Bu haqda qərar bu gün Musiqili Teatrda ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş zamanı verilib.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a bildirdiyinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen xalqlarımız arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib. “İnanırıq ki, Amerika-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasına böyük töhfələr verəcək. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur “Company-E”nin ölkənizdə ortaq layihə həyata keçirməsini arzulayırıq.

“Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Hesab edirik ki, Azərbaycanda “Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı sizin rəhbərlik etdiyiniz Musiqili Teatrdır”.

Teatrın direktoru Əliqismət Lalayev “Company-E” arasındakı əməkdaşlığı mədəni və yaradıcılıq mübadiləsi baxımından yüksək dəyərləndirib: "İşimiz uğurlu alınacaqsa, biz Musiqili Teatr olaraq bu konsert-proqramı, tamaşanı cari repertuarımıza daxil etməyə hazırıq.

Sonda “Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında “Brodvey” musiqi layihəsi ilə bağlı razılıq əldə olunub. Layihənin 2016-cı il may ayının ortalarında həyata keçirilməsi qərara alınıb.

Nərmin


Müəllif: