21 Aprel 2014 16:50
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımovanın Avropa promo-turu çərçivəsində növbəti səfər edəcəyi ölkə Gürcüstandır.

Teleqraf.com-un xəbərinə görə Dilarə Kazımova aprelin 22-də Gürcüstanda olacaq. Səfər çərçivəsində təmsilçimiz bir neçə telekanalın qonağı və yerli media ilə ünsiyyətdə olacaq. Müğənninin Tbilisidəki günü Gürcüstanın aparıcı telekanalı olan “GPB”-nin səhər şousunda iştirakından başlanacaq. Daha sonra radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək. Gürcüstanın “Eurovision”-dakı təmsilçisi Mariko Ebralidze ilə görüş və birgə müsahibə olacaq.


Qeyd edək ki, Dilarə Kazımova aprelin 25-də Maltaya gedəcək. Bu səfərlə də müğənni promo-turu başa çatdıracaq.


Müəllif: