21 Aprel 2014 16:59
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 aprel 2014-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı Coca-Cola şirkəti arasında “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində əməkdaşlıq memorandumu imzalanacaq.

Teleqraf.com xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirinin müavini Ceyhun Bayramov və Coca-Cola şirkətinin baş meneceri Cem Becel ilə yanaşı MOK-un icraiyyə komitəsinin üzvləri, Olimpiya və Dünya Çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının səlahiyyətli nümayəndələri iştirak edəcək.

İmzalanma mərasimində “Fəal Ailəm, Sağlam Aləm” proqramının 2014-cü il üçün seçilmiş yeni Milli Olimpiya Səfiri, əməkdar artist Tünzalə Ağayeva iştirak edəcək.

Olimpiya çempionu Fərid Mansurov (Afina, 2004) Milli Olimpiya Səfiri rolunda 2013-cü ildən fəaliyyət göstərir, bu il də fəaliyyətini davam etdirəcək.

“Fəal Ailəm, Sağlam Aləm” proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir.


Müəllif: