17 İyun 2014 15:28
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qurultayın nəticələri göz qabağındadır. Təklif olundu ki, əvvəlki sistem qalsın. Mənə elə gəlir ki, hamı bunu qəbul edəcək. Sədrlik çox ağır işdir. Elə bilirsiniz ki, Anar qazanır? Əksinə Anar uduzur. Çünki belə böyük birliyin sədri olmaq asan bir iş deyil ”.

Bu sözləri Azərbaycan yazıçılarının XII qurultayında jurnalistlərə açıqlamasında xalq şairi Söhrab Tahir deyib. Onun sözlərinə görə, bu gün keçirilən qurultay Azərbaycan ədəbiyyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan ədəbiyyatının iki bayramı qoşa düşüb: Azərbaycan yazıçılarının 12-ci qurultayı və Yazıçılar Birliyinin yaranmasının 80 illiyi. Qurultayın həm sadə, həm dərin məzmunlu keçməsi onu göstərir ki, Azərbaycan ədəbiyyatı yeni dövrdə yeni mərhələyə qədəm qoyub. Heç kimə sirr deyil ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ədəbiyyatımız belə demək mümkünsə öz müvazinətini itirdi. İndi artıq əminliklə demək olar ki, ədəbiyyatımız yeni mərhələyə qədəm qoyur. Bu qurultay da yeni mərhələnin inkişafı baxımından hamıya zəmanət verir. İnanıram ki, ədəbiyyatımız daha böyük sürətlə inkişaf edəcək, dərin məzmunlu əsərlər yaranacaq”.

Nərmin


Müəllif: