17 İyun 2014 18:41
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Ənvər Əhməd Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayında Məmməd İsmayılın rüşvət yolu ilə AYB-yə üzv qəbulu barədə dediklərinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, Ə.Əhməd qeyd edib ki, son 3 ildə özü 16 adama zəmanət verib: “Onlardan ikisi burada əyləyib. Birinin qeyrəti çatırsa desin ki, AYB onlardan bir yumurta tələb edib”.

O, tapşırıq yolu ilə AYB-yə üzv qəbul olunduğunu etiraf edib: “Məsələn, Söhrab Tahir, Kamal Abdulla, Nizami Cəfərov kimisə tapşırırsa, onları üzv edə bilərik. Rəşad Məcid isə istedadlı bildiyi gənclərə vəsiqəni yerindəcə təqdim edir”.

Qeyd edək ki, Türkiyədə yaşayan şair Məmməd İsmayıl AYB üzvlərinin sayının çoxluğundan şikayətlənib: “1500 üzv nəyə lazımdır? Bəlkə sizin qulağınıza çatmır, amma müxtəlif yollarla buraya üzv olurlar. Məsələn, biri deyir ki, 500 manat gətir, səni Birliyə üzv edim. Bilirəm ki, bundan Anar müəllimin xəbəri yoxdur, bunu onun ətrafı edir. Alternativ düşüncəyə malik gənclik niyə Birliyin üzvü olmasın? Gəncliyin birlikdə təmsil olunmaması təəccüb doğurur”.

Nərmin


Müəllif: