5 May 2016 21:00
653

Xalq şairi, nasir, publisist Söhrab Tahir son mənzilə Güney Azərbaycanın fəryadını ifadə edən mahnı ilə yola salınıb.

S.Tahir II Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. 9-cu sinfədək təhsil alsa da, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə İran-İngilis neft şirkətində işləməyə məcbur olub.

Sovet ordusu İrana daxil olandan sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib.

1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Daha sonra Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.


"Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1998-ci ildə xalq şairi fəxri adına, 2006-cı ildə "Şöhrət" ordeninə layiq görülüb.

Bir neçə kitab müəllifidir.

Xalq şairi uzun illər şəkər xəstəlikdən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilmişdi.


Müəllif: