12 May 2016 10:41
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın məşhur kino festivalı olan Kann Beynəlxalq Film Festivalı 69-cu dəfə start götürdü.

Teleqraf.com xəbər verir ki, Fransanın Lacivərd sahilində keçirilən festivalın açılış mərasiminə məşhur kinematoqrafçılar, aktyor və aktrisalar qatılıb. Onların arasında Viktoriya Bekhem, Culianna Mur, Naomi Uotts və başqaları var.

Festivalın açılış filmi isə rejissor Vudi Allenin "Kübar həyat" filmi olub. Filmdə baş rolu Kristina Süart və Ceysi Ayzenberq ifa edir.

Kirsten Dants, Vanessa Paradi, Valeriya Qolino, Donald Sazerlend, Mads Mikkelsen, Katayun Şahabi, Arno Depleşen və Laslo Nemeşin yer aldığı münsiflər heyətinə avstraliyalı rejissor, ssenarist və prodüser Corc Miller başçılıq edir.

Elə buna görə də mütəxəssislər bu heyətin gözlənilməz qərarlar verəcəyini düşünürlər.

Kann festivalının "Qızıl Palma budağı" mükafatı uğrunda 21 ekran işi yarışacaq. Qaliblər mayın 22-də məlum olacaq.

Teleqraf.com 69-cu Kann Festivalının açılış mərasimindən fotoları təqdim edir.

Nərmin


Müəllif: