14 May 2016 22:50
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə İran filmləri həftəsinə start verilib.

Axşam.az xəbər verir ki, kino həftəsinin açılış mərasimi Nizami Kino Mərkəzində baş tutub.

Açılış mərasimində İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi İran ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrindən söz açıb. İ.İbrahimi bildirib ki, bu gün iki ölkə arasında səmimiyyət və dostluq üzərində qurulan münasibətlər mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə də inkişaf edir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, hər iki ölkə və onların xalqları arasında tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl dostluq və qardaşlıq münasibətlərinin nümunəsinə çevrilib.

Daha sonra “143-cü çuxur” filmi nümayiş olunub. Müharibə illərinin gətirdiyi ağrı-acılardan bəhs edən film maraqla qarşılanıb.

Filmin quruluşçu rejissoru Nərgiz Abyaridir.

Qeyd edək ki, İran filmləri həftəsi mayın 17-dək davam edəcək. Giriş sərbəstdir.


Müəllif: