19 İyun 2014 12:33
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“28 Cinema” repertuarına yeni dəhşət filmini daxil edib.

Kinoteatrdan Teleqraf.com-a verilən məlumata əsasən, bu gündən etibarən “Qulyabanı” filminin nümayişinə başlanılır.

Bu film “Astral” və “Paranormal hadisə” filmlərinin prödüsserlərinin yeni məhsuludur. Film adından da göründüyü kimi dəhşət filmləri janrında çəkilib. Film ABŞ istehsalıdır. Rejissoru Uilyam Brent Bell, rollarda isə А.Dj. Kuk, Brayan Skott О’Konnor, Sebastyan Roşe, Saymon Kuoterman və Vik Sahay kimi məhşur aktyorlar çəkilib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

Aytən Həsənova


Müəllif: