21 May 2016 23:39
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Milli Parkda yerləşən “Formula-1” Əyləncə Zonasında Avropa Qran-prisinə həsr olunmuş “Yarışa 1 ay qaldı” adlı tədbir təşkil olunub.

Əvvəlcə “Red Bull Racing Can” yarışı keçirilib. Sakinlər əyləncə zonasında quraşdırılmış simulyator oyunlarında gücünü sınayır, əyləncəli proqramlarda iştirak ediblər.

Tədbirdə Avropa Qran-prisinin ulduz elçisi, əməkdar artist Tünzalə Ağayeva yarışa həsr olunmuş “Sürət” mahnısını ilk dəfə “Formula-1” azarkeşləri və paytaxt sakinləri üçün ifa edib. Tədbir iştirakçıları həzin musiqinin sədaları altında xoş anlar yaşayıblar.

Yarışın digər elçiləri “Formula-1” üzrə şərhçi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov Qran-prinin əhəmiyyətindən danışıblar. Sonra Avropa Qran-prisinin elçiləri yarışın azarkeşləri ilə görüşüb və iştirakçılara avtoqraf veriblər. (AzərTac)


Müəllif: