23 May 2016 16:36
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrın gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Teleqraf.com-a bildirib ki, təmsilçimiz 16-21may tarixlərində Yekatirinburqda xalq artisti Vladimir Kuroçkin adına “Gənc operetta və muzikl artistlərinin VI beynəlxalq müsabiqəsində 3-cü yerə layiq görülüb.

Aydan finalda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edib.

Müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edib.

Nərmin


Müəllif: