25 May 2016 21:04
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev,millət vəkilləri Elmira Axundova,Qənirə Paşayeva, Adil Əliyev, Qüdrət Həsənquliyev, şairə, ictimai xadim Sona Vəliyeva, professor Firudin Cəlilov, Müsavat Partiyasının lideri İsa Qəmbər və başqaları iştirak edib.Tədbiri Yazıçılar Birliyinin rəsmisi İlqar Fəhmi açıq elan edib.

O bildirib ki, Sabir canlı mifdir:"Sabir Rüstəmxanlı gənclik dövrlərindən mifə çevrildi. Sonrakı nəsil olan bizlər - gənclər onun kimi şəxsiyyətlərdən nümunə götürmüşük. Mən Sabir bəyi Yazıçılar Birliyinin adından təbrik edirəm".

Daha sonra çıxış edən türkiyəli şair Özcan Ünlü, Tatarıstanın xalq şairi Robert Milnuri,eləcə digər türkdilli ölkələrin nümayəndələri şairlə tanışlıqlarından, onun uzaq diyarlara səs salan şeir və romanlarının qüdrətindən danışıb,hədiyyələrini təqdim ediblər.

Həmçinin tədbirdə çıxış edənlər xalq yazıçısının şeirlərindən parçalar səsləndirib.

Nərmin


Müəllif: