26 May 2016 15:17
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Firəngiz Mütəllimovanın Qızıl Fondda ən çox rolu olan aktrisadır.

Teleqraf.com xəbər verir ki, aktrisa bunu şəxsi “İnstaqram” hesabından bildirib: “Dünən mənə dedilər ki, AzTV-nin Qızıl Fondunda ən çox rolu olan aktrisa mənəm. Bu barədə Azərbaycan Televiziyasına müsahibə verdim. Mənim üçün bu, ən böyük mükafatdır”.

Firəngiz Mütəllimova AzTV-də hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Bunlar Gülnar ("Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", Aslan Qəhrəmanov), Mərcan ("Evləri köndələn yar", Anar), Nazan ("Yad qızı", Orxan Kamal), Almaz ("Topal Teymur", Hüseyn Cavid), Almaz ("Göz həkimi", İslam Səfərli), Günay ("Səninlə və sənsiz", Marat Haqverdiyev) və başqa rollardır.

Pərvin


Müəllif: