20 İyun 2014 12:31
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissor Şahin Xəlilin ilk tammetrajlı filmi olan “Seçim”in treyleri yayımlanıb.

Film barədə Teleqraf.com-a açıqlama verən rejissor bildirib ki, çəkilişlər ötən ilin noyabr ayında başlanılıb və bu ilin may ayında bitib.

Filmin mövzusu iki qardaşın həyatından bəhs edir. Bir qardaş digərinin fiziki məhdudiyyətli olmasına səbəb olub və indi etdiyi bu səhvin peşmançılığı ilə yaşayır. Cəmiyyətin unudulmuş tərəfində baş verən hadisələr fonunda cərəyan edən qarışıq psixoloji sarsıntılar, hisslər və insanların faciəsindən bəhs edən film, bəşəri suallara cavab axtarmaqla absurd bir rebusa çevrilir.

Ş.Xəlilin sözlərinə görə, film Azərbaycanda nümayiş olunmayacaq:

“Biz filmi beynəlxalq film festivallarına göndərməyi planlaşdırırıq”.


Qeyd edək ki, ekran əsəri “Eternity Film Company”, “Film Fiction” və “Kinotap”ın birgə istehsalıdır.

Nərmin


Müəllif: