Xalq yazıçıları xalq şairi Sabir Rüstəmxanlının evinə qonaq gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə xalq şairinin həyat yoldaşı Tənzilə Rüstəmxanlı feysbukda xəbər yayıb.
Onun paylaşdığı statusda qeyd olunub ki, Udmurtiyanın xalq yazıçısı Vyaçislav Ar-Serqi, onun xanımı Qalina Sergeyeva və Tatarıstanın xalq şairi Robert Minnulin Sabir Rüstəmxanlının qonağı olub: “Onlar Sabir Rüstəmxanlının kitabxanası ilə tanış oldular, çay süfrəsi arxasında türk dünyası mövzusunda söhbət etdik”.
Cavidan