1 İyun 2016 17:49
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova 1 İyun Beynəlxalq Uşaqlar Günü münasibətilə uşaqları özünəməxsus şəkildə təbrik edib.

Teleqraf.com xəbər verir ki, müğənni “İnstaqram” hesabında “Tıq-Tıq xanım” cizgi filmində səsləndirdiyi musiqilərdən ibarət video yerləşdirərək, bunları yazıb:

“Uşaqlar, gözünüz dərd görməsin! Həyatınız sevinc dolu, xatirələriniz xoşbəxt günlər olsun! Sevdikləriniz, sizi sevən insanlar həyatınızdan əskik olmasın. Bəxtəvər vətəndaş olun!

İki dəqiqəlik səsimlə məsum simalarınıza sevinc gətirə bilirəmsə, deməli, hər evdə bir övladım, bir nəvəm, bir doğmam var və üzümü görmədən bəlkə də kimliyimin belə fərqində olmadan məni doğması sayan fidanlar var!
Bu, artıq mənim bəsimdir!”

Pərvin


Müəllif: