3 İyul 2015 17:44
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Bakı-2015”də müəyyənləşdirilmiş yüksək standartlar növbəti Avropa Oyunlarının təşkilində ev sahibi üçün çətinliklər yaradacaq. Avropa Olimpiya Komitəsinin rəhbərliyi açıq şəkildə etiraf edir ki, növbəti Avropa Oyunlarının birincidən aşağı səviyyədə keçirilməməsi üçün çox ciddi səy göstərmək lazım gələcək”.

Bu sözləri Türkiyənin Sport-Combat Sambo Federasiyasının (TCSF) yaradıcısı və fəxri prezidenti Qadir Məmmədov bildirib. O deyib ki, ilk Avropa Oyunları Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının yüksək mədəniyyətini və intellektini, xalqla hakimiyyət arasındakı möhkəm birliyi nümayiş etdirdi. “Uzun müddətdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlı idmançı kimi ilk Avropa Oyunlarının Bakıda böyük peşəkarlıqla keçirilməsindən qürur duyuram. Əlbəttə, bu mötəbər idman yarışının yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yorulmaz səylərinin nəticəsidir”, - deyə o vurğulayıb.

Səxavət


Müəllif: