9 İyul 2015 08:16

Çimərlik voleybolu üzrə Latviya komandasının məşqçisi Ayqars Birzulis Bakıda keçirilmiş birinci Avropa Oyunları barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Onun yetirmələri Martinş Plyavinş və Xaralds Reqja qızıl medal qazanıblar.

A.Birzulis deyib: "Azərbaycan paytaxtında qonaqpərvərlikdən tutmuş müasir idman bazalarınadək hər şey bizim xoşumuza gəldi".

Latviya məşqçisi bildirib: "Təəssüf ki, biz stadionda bu tarixi tədbirin açılışı və bağlanışı mərasimlərini müşahidə edə bilmədik. Amma mən İnternet vasitəsilə baxdım və əmin oldum ki, Azərbaycan böyük idman bayramı təşkil edib. Birinci Avropa Oyunları bizə çox xoş təəssüratlar bağışladı".

A.Birzulis qeyd edib ki, "Brilyant əl" filminin əsas epizodunun Bakıda, İçərişəhərdə çəkildiyini xatırlayır. O deyib: "Biz Kiçik Qala küçəsini gəzdik, şəkil çəkdirdik. Facebook səhifəsinə qoyduğumuz bu fotoşəkillər çox bəyənilib".


Müəllif:
Загрузка...