9 İyul 2015 12:18

Bakıda ilk Avropa Oyunları zamanı xüsusi əhval-ruhiyyə vardı.

Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel bu gün Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

H.Tempel I Avropa Oyunlarının uğurlu təşkilatçılığına görə Azərbaycanı təbrik edib: "Bakıda I Avropa Oyunları zamanı xüsusi əhval-ruhiyyə vardı. Şəhər xüsusi həyatla yaşayırdı. Buna həm Oyunların özü, həm təşkilatçılar, həm idmançılar, həm də nümayəndələr və azarkeşlər xüsusi töhfələrini verdilər. Mən bu tapşırığın öhdəsindən çox yüksək səviyyədə gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm".


Müəllif:
Загрузка...