9 İyul 2015 22:22

KRPOCHTA Bakı - 2015 Birinci Avropa Oyunlarına həsr olunmuş 130.000 ədəd, poçt nömrəsi 1432 olan marka çap edib.

Bu barədə Azadinform-a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, markalar tarixləşdirilir: “Belə markalar əvvəl də buraxılmışdı. Artıq yeni marka da Ukrayna poçtlarında satışdadır. Bakı - 2015-lə bağlı markaların konvertləri bəzədiyini görəndə adam qürurlanır”.

H.Cavadov bildirib ki, belə markalar Ukraynada adətən dünya miqyaslı tədbirlərə həsr olunur: “Bütün dünyada təsdiq etdi ki, Bakı - 2015 beynəlxalq səviyyəli tədbir oldu. Biz bunu UABD olaraq Kiyevdə Avropa Oyunları ilə bağlı keçirdiyimiz avtoyürüşdə və mərkəzi küçələrin birində təşkil etdiyimiz bukletlərin paylanması zamanı gördük”.


Müəllif:
Загрузка...