11 İyul 2015 11:59

Bakıda keçirilən I Avropa Oyunlarının könüllülərinə bu gün Prezident İlham Əliyev və birinci xanım, "Bakı- 2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələr təqdim edilib.

Trend-in məlumatına görə, tədbirdə əvvəlcə könüllülər haqqında hazırlanmış videoçarx təqdim edilib.

Daha sonra cıxış edən gənclər və idman naziri Azad Rəhimiv bildirib ki, tədbirdə 10 minlərlə könüllü iştirak edib: "Əsas məqsəd odur ki, ölkə başçısı İlham Əliyev və Mehriban Əliyeva sizin əməyinizi çox yüksək qiymətləndirib. Bu təşəkkürnamədə iki əziz insanın şəxsi qolu var. Bu, həqiqətən də sizin böyük əməyinizin nəticəsidir. Biz bu oyunları sizsiz krçirməyi bacara bilməzdik. Burada sizin böyük köməyiniz olub".

A.Rəhimov əlavə edib ki, Azərbaycanda böyük idman yarışları keçiriləcək. Nazir bütün bu tədbirərdə könüllülərlə birgə olmaq istədiklərini də söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında deyib ki, ilk Avropa Oyunlatının Azərbaycanda qoyduğu miras bütün baxımlardan çox əhəmiyyətlidir. Nazirin sözlərinə görə, Azərbaycan artıq böyük idman ölkəsi kimi tanındı və üzərinə böyük öhdəlikər götürməyi bacaran bir ölkə olduğunu göstərdi.

M.Cabbarov könüllərin böyük hissəsinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmasına da çox sevindiyini söyləyib. Nazir əlavə edib ki, bundan sonra da könüllülük hərəkatında TN-nin dəstəyinə arxayın olmaq olar.

Tədbirdə daha sonra A.Rəhimiv və M.Cabbarov tərəfindən ilk 50 gəncə təşəkkürnamələr təqdim edilib.
Təşəkkürnamələrin digər hissəsi növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təqdim ediləcək.


Müəllif:
Загрузка...